Bakının inzibati bölgüsü
Bakının inzibati bölgüsü - Bakı şəhərinin inzibati bölgüsü hal-hazırda şəhər rayonlarından ibarətdir. Bakı şəhərinin 12 rayonu vardır.
== Tarixi ==
Bakı şəhərinin 1 iyun 1940-cı il tarixli məlumata görə rayonlarının sayı 17, 1 yanvar 1953-cü il tarixli məlumata görə rayonlarının sayı 13, 1 yanvar 1965-ci il tarixli məlumata görə rayonlarının sayı 13 olmuşdur.
== Mövcud rayonlar ==
== Ləğv edilmiş rayonlar ==
== Binəqədi rayonu ==
Əvvəlki Kirov rayonu adlanan Binəqədi rayonu, 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə "Binəqədi rayonu" adlandırılmışdır.
Rayon ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunan, Binəqədi qəsəbəsi ərazisində yerləşən, 1915-ci ildə inşa edilmiş hamam, 1908-ci ildə inşa edilmiş, məscid və minarə, Xocəsən qəsəbəsi ərazisində yerləşən XVIII əsrə aid ovdan, IX–XVII əsrlərə aid yaşayış yeri, XVII əsrə aid karvansara, Biləcəri qəsəbəsi ərazisində yerləşən 1658-ci ildə inşa edilmiş məscid, arxeoloji abidələr sırasına daxil edilmiş Binəqədi qəsəbəsi ərazisində yerləşən neft mədənləri ərazisində Tunc dövrü "Nekropol"u, neft mədənləri ərazisində XV–XVIII əsrə aid yaşayış yeri, eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin 16 mart, 1982-ci il tarixli, 167 saylı Qərarına əsasən "Dövlət Qoruğu" elan edilmiş Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığı və Keyrəki palçıq vulkanı mövcuddur. Bundan əlavə, rayon ərazisində son illər və eyni zamanda, əvvəllər yaradılmış, lakin dövlət tərəfindən qorunan abidələr sırasına daxil edilməmiş mədəniyyət abidələrindən Binəqədi qəsəbəsində mövcud olan ilk neft quyusu da mövcuddur.
Binəqədi rayonunda yerləşən mühüm məkanlardan Bakı Tennis Akademiyasını qeyd etmək olar.
== Nizami rayonu ==
Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan rayonu 1980-ci ilin noyabr ayında yaradılmışdır. Bakının qədim yaşayış məntəqələrindən sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir. Nizami rayonu Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri ilə yanaşı, "Koroğlu", "Qara Qarayev", "Neftçilər" və "Xalqlar Dostluğu" metro stansiyaları Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə malikdir.